"Elza Seyidcahanın nə sevgilisi, nə də sponsoru var" VİDEO

Əməkdar artist Elza Seyidcahan verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda maraqlı anlar yaşanıb.

Verilişin aparıcısı Zaur Kamal proqramda Seyidcahana xoş sözlər deyib: "Gənc yaşlarında çox gözəl olmusan ki, bu yaşına qədər belə qalmısan".

Onun bu sözlərinə qarşı tərəf belə reaksiya verib: "İndi də gözələm".

Proqramda qonaq olan müğənni Nadir Qafarzadə efirdə Elza haqqında heç kimin gözləmədiyi etirafları edib: "Elza xanım təbii gözəldir. Onu da xüsusi ilə qeyd edim ki, E.Seyidcahan haqqında heç vaxt xoşagəlməz sözlər eşitməmişəm. Heç vaxt da efirlərdə deməyib ki, sevgilim və ya sponsorum var. Mən bilirəm ki, adını çəkdiyim sənətçinin nə sevgilisi, nə də sponsoru var. O, hər zaman efir mədəniyyətini qoruyub, saxlayıb. Çünki Elza xanım bilir ki, ona milyonlarla gənc qızlarımız baxır. Əməkdar artistimiz istəməz ki, həmin xanımlar onun haqqında pis fikirdə olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə