Vüsalə: "Anam hazırda reanimasiyadadır" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Kərimovanın anasının səhhətində problem yaranıb. Aparıcının anasından yeni xəbər var.

SİA-ya açıqlama verən Vüsalə bunları deyib: "Hazırda anam, mən və xalam İrandayıq. Anam səhhətində yaranan ciddi problemə görə buradakı xəstəxənaların birində cərrahiyyə masasına uzandı. Allaha şükürlər olsun ki, əməliyyatı çox uğurla keçdi. Anam hazırda reanimasiyadadır. Vəziyyəti normal olduqdan sonra həkimlər onu 1-2 günə klinikanın xəstə otağına köçürəcək".

Kərimova anasına görə narahat olan insanlara təşəkkür etməyi də unutmayıb: "Anama görə narahat olan əzizlərim, hər şey yaxşılığa doğru gedir. Dualarınız üçün təşəkkür edirəm. Məni istəməyənlər, pis günümü arzu edənlər, sizin üçün isə çox üzgünəm. Allah dərdi çəkə bilənə verər, onu çəkmək də hər adamın işi deyil".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə