Məşhur qrupun solisti kor ola bilər

Britaniyanın “Spice Girls” pop qrupunun solisti Melani Braun turne ərəfəsində görmə qabiliyyətini tam itirdiyi üçün xəstəxanaya yerləşdirilib.

SİA-nın Britaniya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, müğənni 20 il əvvəl gözündə lazer əməliyyatı keçirilib və həmin vaxtdan xanım solistin sol gözünün görmə qabiliyyəti tamamilə itib.

İki gün öncə onun sağ gözündə də problemlər yaranmağa başlayıb və görmə qabiliyyəti tamamilə itib. Bu səbəbdən Braun İngiltərənin məşhur göz klinikalarından olan “Moorfields Eye Hospital”a müraciət etməli olub.

Həkimlər ona tibbi yardım göstərdikdən sonra görmə qabiliyyəti bərpa olunub. Qeyd olunur ki, görmə qabiliyyətinin müvəqqəti itməsinin səbəblərini araşdırmaq mümkün olmayıb.

Müğənninin nümayəndəsinin sözlərinə görə, hazırda solistin durumu tam nəzarət altındadır.

Qeyd edək ki, “Spice Girls” qrupu 1994-cü ildə Londonda Melani Braun, Viktoriya Adams (Bekhem), Emma Banton, Melani Çisxolm və Ceri Xolliuelin iştirakı ilə yaradılıb.

2001-ci ildən qrup üzvlərinin solo fəaliyyətə keçməsi ilə əlaqədar “Spice Girls”, demək olar ki, qrup kimi dağılıb.

Lakin 2018-ci ilin noyabrında kollektiv üzvlərinin mətbuat konfransı olub və onlar birgə turnelərə çıxacaqlarını elan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...