Arnold Şvartsnegger hücuma məruz qalıb

Hollivudun ən çox tanınan filmlərində rol almış Arnold Şvartsenegger pərəstişkarları ilə keçirdiyi görüş zamanı hücuma məruz qalıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, “Terminator” filmləri ilə yaddaşlarda yaşayan aktyor pərəstişkarları ilə söhbət edib şəkil çəkdirən zaman arxa tərəfdən qaçaraq gələn bir şəxsin zərbəsinə tuş gəlib.

Pərəstişkarlarının yardımı ilə yerə yıxılmaqdan son anda qurtulan Şvartsneggerə zərbə vuran şəxs mhafizəçilərin sərt müdaxiləsilə təhlükəsiz hala gətirilib.

Hadisənin səbələri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə