Səidə Brilliant haqda: "Xalamı mənə qarşı doldururlar"

Müğənni Səidə Dadaşova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi xalası, Xalq artisti Brilliant Dadaşova ilə bağlı sualları cavablandırıb. Səidə aparıcı Elgiz Əkbərin "Həmişə deyirdin ki, xalam məni istəmir" sözlərinə belə münasibət bildirib:

"Demişəm ki, onun qulağını mənə qarşı dolduran insanlar, paxıllığımızı çəkənlər çoxdur. Mənə o qədər deyiblər ki, xalan səni istəmir. Məndən də ona başqa sözlər deyilir".

Elgiz ardınca bu fikirləri səsləndirib: "Brilliant Dadaşova verilişimizdə səni təriflədi. Ona Nazpəri Dostəliyevanın qardaşı qızı ilə qalmaqalı haqda sual verdik. Cavablandırmadı, amma dedi ki, qohumlarda istedadlı insan varsa, ona dəstək lazımdır. Dedi ki, gördüm Səidənin səsi var, ona dəstək oldum".

Qeyd edək ki, Səidə Brilliantın bacısı Sədaqətin Xalq artisti Rafael Dadaşovdan olan qızıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə