Finala keçən Çingiz: "İçimdə inam var”

Xəbər verdiyimiz kimi, Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. SİA-nın məlumatına görə, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.

Təmsilçimizin ifası uğurlu alınıb və Çingiz Mustafayev finala vəsiqə qazanıb.

Finala vəsiqə qazanan ifaçı uğurundan sonra bu sözləri dilə gətirib: "İçimdə bir güvən hissi, inam var və bu, mənə çox böyük motivasiya verir”.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

Qeyd edək ki, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya ilk yarımfinalda finala vəsiqə qazanan ölkələr olub.

İkinci yarımfinalda Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Azərbaycan finala düşüb.

Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri isə birbaşa finalda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə