Rəhman Rəhmanov: "Ayağım pis vəziyyətdədir, gəzə bilmirəm" AÇIQLAMA

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının tanınmış aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhətində ciddi problem yaranıb. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: "Bildiyiniz kimi, uzun illərdir yüksək dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə ayağım pis vəziyyətdədir. Hətta normal gəzə bilmirəm. Ev şəraitində müalicə olunuram. Amma səhhətimlə bağlı teatrdan getməmişəm. Tamaşam olanda oynayıram. Mənim durumumla bağlı Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə çox narahatdır. Hər dəqiqə mənimlə maraqlanır. Buna görə ona təşəkkür edirəm".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə