Brilliant Dadaşova küsülü olduğu Faiq Ağayevi "yıxıb-sürüdü" VİDEO

Xalq artisti Brilliant Dadaşova verilişlərin birində müğənni Rəhim Rəhimlinin qonağı olub. SİA-nın məlumatına görə, Dadaşova küsülü olduğu həmkarı Faiq Ağayevlə bağlı qalmaqallı açıqlama verib: "Faiq Ağayev mənə dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər-böhtan atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, bağışlamağı düşünən insanlar belə, mənə xəyanət etmiş olur.

Mənə sataşır, təhqir edirsə, niyə barışmalıyam? Öz həyat tərzini mənə sırımaq istəyir. Guya mən onun üçün bunu etmişəm. İndi anlayıram ki, vaxtilə öz sənətimə qiymət verməmişəm. Sənətimin aşağısında dayananları tərifləmişəm, özümlə bir tutmuşam. Elə biliblər ki, mənimlə eynidirlər. Başa düşürəm ki, səhv etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...