Namiq Qaraçuxurlu əməliyyatdan görüntülərini yaydı VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu əməliyyat olunub. SİA-nın məlumatına görə, sənətçi bir il əvvəl yıxılıb ayağını zədələyən zaman qoyulan milləri çıxartdırıb.

Namiqin əməliyyat zamanı videosu çəkilib. O, görüntüləri "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: "Sağ olsun həkimlər, hər şəraiti yaradıblar. Yeri gəlmişkən, artıq hər şey yaxşıdır. Bir neçə gündən sonra yenidən xidmətinizdəyəm".

Qeyd edək ki, Namiq uzun müddətdir əsa ilə gəzirdi. O, ayağındakı dəmirlərin bir neçə ay əvvəl çıxarılmalı olduğunu, amma işlərinə görə gecikdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə