DJ Roşka Sevil və Sevincə görə yolda əlbəyaxa dava etdi VİDEO

DJ Roşka əlbəyaxa davaya düşüb. SİA-nın məlumatına görə, buna səbəb DJ-in avtobil idarə edərkən əkiz bacılar Sevil və Sevinc ilə yolda rastlaşması olub. Məşhurların bir neçə dəqiqəlik yolda maşınlarını saxlayıb hal-əhval etməsi qanqaraçılığa səbəb olub. Sənətçilərin avtomobilinin arxasında olan digər maşının sürücüsü siqnal verib. Bu da DJ özündən çıxarıb. Elə mübahisə də bundan sonra başlayıb. Naməlum sürücü ilə DJ arasında söhbət əlbəyaxa davaya kimi çıxıb. Onları ətrafdakı insanlar ayırıb.

Baş verən hadisədən sonra DJ öz avtomobilindən bacıları kamera ilə çəkib. İfaçılardan biri isə bu yaşananlardan sevincək halda “video çəkib sosial şəbəkədə paylaşacağam ki, Roşka Sevil və Sevincə görə yolda dava etdi” sözlərini deyib.

Roşka isə qarşılığında “Sizə görə ölümə də gedərəm” cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə