Zülfiyyə Xanbabayeva "Jara"da çıxış edəcək

Xalq artisti Emin Ağalarov tərəfindən təşkil olunan "Jara" beynəlxalq musiqi festivalında yer alacaq məşhurların bəzilərinin adları açıqlanıb. SİA-nın məlumatına görə, maraqlı məqamlardan biri odur ki, tədbirdə çıxış edəcək azərbaycanlı məşhurlar arasında yalnız Xalq artisti Zülfiyyə Xanbabayevanın adı yer alıb.

Festivalın rəsmi "İnstagram" səhifəsində Xanbabayevanın iyulun 25-də səhnəyə çıxacağı qeyd edilib.

Qeyd edək ki, "Jara" iyulun 25-dən 28-nə kimi keçiriləcək. Festivalda Filipp Kirkorov, Ciqan, Ani Lorak, Valeriya, Timati, Sergey Lazarev kimi məşhurlar çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə