Tolik Sevdanın ögey atası olduğunu iddia edən şəxsi "yıxıb-sürüdü"

Xəbər verdiyimiz kimi, müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxs verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, həmin kəsin "Sevda anasını evində qulluqçu kimi saxlayır" sözləri böyük müzakirələrə səbəb olub.

Prodüser Tolik onun bu dediklərinə biganə qalmayıb: "Mən heç vaxt S.Yahyayeva ilə prodüser olaraq işləməmişəm. Amma heç vaxt Sevdanın ögey atasının olduğunu eşitməmişəm. Yalnız onu deyə bilərəm ki, kaş şou-biznesdə Sevda kimi abırlı, hörmətli xanım çox olardı. Efirə gələn kişinin isə kim olduğunu bilmirəm. Amma anam sözügedən sənətçi xanımın anası 5 il bundan qabaq birgə 14 günlük Naftalanda müalicə alıblar. Heç o zaman bu kişi yox idi. Bu şəxs sənətçiyə şər atır. Onun nəslində Sevda kimi qız yoxdur. O, yaxşı insan olsaydı, proqrama çıxmazdı. Həmin adamın keçmişini araşdırsaq, bəlkədə şərəfsiz biri olduğu üçün yaxınlarının ondan üz çevirdiklərinin şahidi olarıq”.

Qeyd edək ki, Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən şəxs verilişlərin birində bu sözləri demişdi: "Mən Sevda Yəhyayevanın ögey atasıyam. Onun anası ilə 60 yaşımda qeyri-rəsmi nikahda olmuşam. Mən Sevdanı və anasını tanıyanda çox imkansız idilər. Evlərini təmir etdirdim.

Sevdanı 15 həftə hər gün “Yeni ulduz” verilişinə aparıb, gətirmişəm. Hamımız bir evdə yaşayırdıq. Sonra Sevda anasını öz yanına xidmətçi kimi apardı. Yahyayeva deyirdi ki, evdə iş görə bilmir, anası kömək etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə