Təranə: "Nazəninlə barışıq olmayacaq"

Müğənni Təranə Qumral verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi Nazənin haqda sual verən aparıcı Elgiz Əkbərə əsəbiləşib və belə cavab verib: "Elgiz, əsəblərimlə oynayırsan, etmə. Siz aparıcılar söhbətin üstünə gəlməməlisiz. Amma hər gün danışırsınız. Barışıq olmayacaq, bunu bilin. Aparıcılar hər dəfə söhbətin üstünə gəlir. 5 ildir məhkəmə gedir. Üzr istəmədiyimə görə, dövlət mənə pul cəzası kəsib. Qərar qüvvəyə mindikdən sonra onu ödəyəcəm. Onlar beş nəfər məhkəmədə durdular və hakimdən tələb etdilər ki, Təranə Qumralı həbs edin.

Mənə Azərbaycanda bilirsiz nə deyirlər? Dəmir ledi... Komplekssiz insanam. Mənim makiyajsız fotom da yoxdur. Düşmənlərim kompüterlə düzəldib yaydılar. Səhər yuxudan duranda deyirəm, Allah mənə nə qədər nur verib. Gecə qarğış edib yatanlar, səhər güzgüdə özünə baxanda qorxurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə