Aparıcı: "Nazim bir həftəyə öləcək"

Aparıcı Elgiz Əkbər "Faytonçu" ləqəbli müğənni Nazim Pişyarinin bir müddət öncə səhhəti ilə bağlı yaranan problemdən danışıb. SİA-nın məlumatına görə, aparıcı verilişində qonaq olan sənətçiyə bu sözləri deyib: "Hamımız deyirdik ki, Nazim bir həftəyə öləcək, ağlayırdım. Çünki rəngin ağarmışdı. Gözlərinin içi də qəribə olmuşdu. Hətta bəziləri üç və qırx mərasimlərinin vaxtını hesablayırdı. Amma sən xəstəliyinlə mübarizə aparıb, ona qalib gəldin".

Nazim isə aparıcıya belə cavab verib: "Fikirləşirdim ki, dünyamı dəyişsəm necə olacam. Zaman-zaman əməliyyatlar keçirdim, hamısı ağır idi. Ən azı 3 saat davam etmişdi".

Qeyd edək ki, Nazimi Elman Əzimov adlı həkim səhv əməliyyat etdiyi üçün səhhətində ciddi problemlər yaranmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə