Təranə Qumral: "Allah Nazəninin bəlasını versin"

Müğənni Təranə Qumral verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı əranə illərdi küsülü olduğu və məhkəmələrdə qaldığı Nazəninin vəkili Nazəninin vəkili Heyrat Qarayevin "Məhkəmənin hökmü ilə məhkumluq adını aldı" sözlərinə münasibət bildirib: "Allah Nazəninin bəlasını versin. O, 5 il əvvəl olan söhbəti hər dəfə efirə çıxıb yeniləyir. Mən də Təranəyəm. Kimlərinsə ağlı ilə danışmıram. Kiminsə sözü də mənə maraqlı deyil.

Dünəndən telefonlarım susmur. Soruşurlar ki, həbs edilmisən? Bizim işimiz məhkəmədə bitmiş hesab edilir. Ali məhkəmə belə qüvvədə saxladı. Onlar elə edir ki, guya mən şikayət edirəm. Mən etmirəm, məhkəmə qapısı gəzmirəm. Əllərində telefon gəzirlər ki, mən nəsə danışım, yazsınlar və məhkəməyə versinlər. O, Təranə öldü, yoxdu... Mənim onunla sözümüz düşəndən sonra tanındı. Bunlar mənim üçün köhnəlib. Üzr istəmədiyimə görə dövlət pul cəzası kəsib, ödəməliyəm. Qərar çıxandan sonra, pulumu ödəyəcəm".

Təranə ölkədən çıxışına qadağa qoyulmasına isə belə cavab verib: "Bu haqda heç nə deməyəcəm. Bura məhkəmə zalı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə