Röya: “Öz həyatınıza baxın, qırqovullar” FOTO

Əməkdar artist Röya Ayxan sosial şəbəkə istifadəçilərinə əsəbiləşib. SİA-nın məlumatına görə, paylaşımına xoşagəlməyən rəy yazan izləyicilər sənətçini özündən çıxarıb.

O, bununla bağlı paylaşım edərək, “Sizə rəy yazmaq yaraşmır, cılızsınız. Hərdən sizdən biri olmağıma təəssüf edirəm, Peşman da deyiləm, cılızlar. Öz həyatınıza baxın, qırqovullar” sözlərini yazıb.

Müğənni daha sonra bir neçə foto paylaşsa da, son 11 paylaşımında rəy bölməsini bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə