“Dostəliyevalar anamı dəlixanalıq edib"

Xalq artisti Nazpəri Dostəliyeva, qardaşı Ağalar və onun qızı Pərvanə arasında olan söz-söhbət bitmək bilmir. SİA-nın məlumatına görə, Pərvanə Dostəliyeva bu dəfə atasını anası Şəhlanı zorlamaqda ittiham edib: “Sən – anama şər atdın ki, guya, anamla ad günündə tanış olub, otelə aparmısan. Yalandırsa, sənə kəfən qismət olmasın. Sən anama 9 may - Qələbə günündən sonra maşını qəbiristanlığa sürüb, orada təcavüz eləmisən. Şəhla səninlə istəyərək birlikdə olmayıb, namussuz. Sonra da soyadını məhkəmə yolu ilə özün imzalayıb, vermisən. Anamı bacılarınla dəlixanaya saldırdın. Anamın ailəsi sonradan öyrəndi ki, sən 4 aydır evli imişsən. 11 il babamgil anamın üzünə baxmadı. Sonra da 6 yaşında öz övladına bunu etdin.

Və məni qorxutdun ki, heç kimə demə. Özümü biabır etsəm də, gerçəyi hər kəs öyrənəcək. Sən və bacıların anamın adını ləkələyə bilməzsiniz. Anamı bacılarına tay eləmə. Bizə atılan bu şəri Allah yanınızda qoymayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə