Mədəniyyət evinə yeni direktor təyin olunub. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əmrinə əsaslanaraq şəbəkəsinə daxil olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsinə adı “Qızıl kitab”a yazılmış, Prezident təqaüdçüsü, vokalçı Məmmədov Amil Həsənoğlu təyin olunub.

Xatırladaq ki, Baş İdarənin mədəniyyət evlərində işin təkmilləşməsi və qüsurların aradan qaldırılması ilə əlaqədar bir sıra kadr dəyişiklikləri edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə