"Başım toylara qarışdı, ona diqqət etmədim"

Xalq artisti Səməd Səmədov illər əvvəl dünyasını dəyişən oğlundan danışıb. SİA-nın məlumatına görə, müğənni bu haqda verilişlərin birində bəhs edib: "Bir tərəfdən bəxtəvər insanam ki, sənətkarlarla çiyin-çiyinə çalışmışam. Digər tərəfdən isə cavan oğlumu itirmişəm. Başım toylarla, məclislərlə məşğul idi. Bakı-Moskva arasında idim. 25-27 toy oxuyurdum. Başım ayılmırdı toylardan İmkanım olmadı oğluma dəstək olum. O da dünyasını dəyişdi. Özümü çox pis hiss edirəm.

Uşaq polisdə işləyirdi. İçkili insanlara rast gəlib. Dava zamanı onları ayırmaq istəyirmiş, orada vurulub.

Hər valideynin arzusudur övladı yaxşı yaşasın. Sağ qalsaydı, ola bilərdi mənim yolumla gedərdi. Allah ona rəhmət eləsin".

Qeyd edək ki, S.Səmədovun ilk evliliyindən doğulan oğlu 24 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə