Pərvin sərxoş videosu barədə: "İçdiyim ağ şərab idi” VİDEO

Aktrisa Pərvin Abıyeva hava limanında paylaşılan içkili görüntüləri ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: “Limon suyu deyildi, “italyanski” ağ şərab idi. Nə gözəl ki, gəlişim sizə son bir ayda olan hadisələri unutdurdu, sevindim. 28 yaşında yetişkin qadınam, 15 yaşında yeniyetmə deyiləm. Dövlətin aeroportu, təyyarəsidir. Gizlin etməmişəm ki? İçmişəm, içmişəm də, siz içmirsiniz?”

Qeyd edək ki, görüntüləri onunla birlikdə İstanbuldan Bakıya gələn rəfiqəsi Səmra Hüseynova paylaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə