Elnarə: "Mən bu sənətin içinə səhv düşmüşəm" VİDEO

Əməkdar artist Elnarə Abdullayeva "Oğluma müğənni qız almaram" sözlərini qınayan müğənnilərə sərt reaksiya verib. SİA-nın məlumatına görə, ifaçı "bostan"ını daş-qalaq edən sənətçilərə bu fikirləri bildirib: "Mənə sual veriblər ki, "Oğlunuzu müğənni xanımla evləndirərsiniz?" Mən də cavabımda "Yox" demişəm. Mənim bu sözümü bəzi ifaçılar çox müzakirə edir. Hətta mənə atmaca da atırlar. Heç kim mənə sətir altı söz atmasın. Oğlumu müğənni qız almaram nə də almaq istəmirəm. Əcəb edirəm, özüm bilərəm. Hətta deyirlər ki, mən də bu sənətin içindəyəm. Amma oğlumu sənətçi qızla evləndirmirəm. O, sözləri deyənlərə bildirmək istəyirəm ki, mən bu sənətin içinə səhv düşmüşəm. Mənim mənliyim var. Heç kim özü ilə məni müqayisə etməsin. Mənim adımı da çəkməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə