Verilişdə məğlub olan Dilarə Tarqovuda soyundu VİDEO

"Onlarla 3 dəqiqə" rubrikasının bu dəfə qonağı Dilarə Kazımova olub. SİA-nın məlumatına görə, sənətçi aparıcının 33 sualına cavab verib.

Boşanan ifaçı ayrıldığı həyat yoldaşı haqda "Deyirlər, ərim məni atıb, evdən qaçıb gedib" sözlərini deyib.

Dilarə "Müğənnilər ailə dağıdır, yoxsa ailələri dağılır" sualına "Ailə dağıdanlar da, ailəsi dağılanlar da var. Mən ailəsi dağılanlardanam, çünki boşanmışam" cavabını verib.

Kazımova avtomobil idarə edərkən söyüş söydüyünü də etiraf edib: "Hərdən avtomobil arxasında söyüş söyürəm. Sonra öz-özümə deyirəm ki, qadın söyüş söyməz. Amma sözü söyüşlə deyəndə bütün enerjini atırsan".

Dilarə tez-tez aşiq olduğunu deyib: "Tez-tez aşiq ola bilərəm. İlk dəfə 18 yaşında öpüşmüşəm. Xəyanətə uğradığımı bilsəydim, çox pis olardı. Kişilərdə məni enerji cəlb edir".

Verilişdə məğlub olan ifaçı Tarqovuda soyunub. Onu hətta tanımayanlar da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə