Meyxanaçı: “Aydını narkotik öldürməyib”

Meyxanaçılar Ələkbər Yasamallı, Mehman Əhmədli, Namiq Məna, Ağamirzə verilişlərin birində qonaq olublar. SİA-nın məlumatına görə, proqram mərhum meyxanaçı Aydın Xırdalanlıya həsr edilib. Ələkbər Yasamallı Aydının ölüm səbəbindən danışıb: "Aydını narkotik öldürməyib. Onun qaraciyərində sirroz var idi. Hansı ki, bu, qadında da, kişidə də olur. Aydın üç qardaşını evləndirib, onlara ev tikdirib, bacısını gəlin köçürüb, ailəsinə isə gözəl baxırdı. Övladı olmasa da, özü ailəli idi".

Daha sonra proqramda qonaq olan Mehman Əhmədli isə "Kim deyir ki, onun xəstəliyi narkotikdən ölüb? Onu deyən adamı yoxlatdırsaq, qanında narkotik tapılar" deyə, bildirib.

Veriliş zamanı Elgiz Əkbərin "Elə bildim ki, Aydını öləndə yerdən götürən olmayacaq, amma çox yaxşı formada dəfn etdilər" sözlərinə meyxanaçı Ağamirzə "Onun qəbrini Rusiyadan gəlib, ziyarət edirlər, ağlayırlar" deyə, cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə