Aydın Xırdalanlının nəşi məscidə gətirilib

Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Aydın Xırdalanlı dünyasını dəyişib. SİA-nın məlumatına görə, mərhumun cənazəsi Xırdalandakı Cümə Məscidinə gətirilib.

Məscidə meyxanaçının qohumları və yaxınları gəliblər.

Qeyd edək ki, mərhumun ailə üzvləri isə evdə çəkiliş aparılmasına icazə verməyiblər. O, Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə