Üzeyirin və köməkçisinin döyülməsinə Rəksanədən MÜNASİBƏT

Deyilənlərə görə, müğənni Üzeyir Mehdizadə Novruz Bayramı münasibətilə həmkarı Rəqsanə İsmayılovanın Moskvadakı restoranında konsert proqramı ilə çıxış edib. Konsertdən sonra ifaçı və köməkçisi döyülüb.
Onları döyən şəxslər isə Moskvada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlılardır.

Konsertdə Üzeyir yüngül zədə alsa da, köməkçisinin vəziyyəti ürəkaçan olmayıb.

Digər tərəfdən Üzeyirin, konsert baş tutan restoranın və məkanın sahibi Rəqsanə İsmayılovanın sosial media hesabında konsertdən görüntülər paylaşmaması da diqqət çəkib.

SİA-nın məlumatına görə, müğənni Rəqsanə İsmayılova məsələ ilə bağlı verilişlərinin birinə açıqlama verib: "Üzeyirin döyülməsi xəbəri təmamilə yalandır. Üzeyir məgər 5 yaşında uşaqdır? Konsert boyu Üzeyir ancaq mahnısını oxuyub. Mənim restoranımda heç bir sənətçiyə qarşı kobudluq ola bilməz. Mən ölmüşəm məgər? 4 ildir Moskvada yaşayıram. Azdan-çoxdan burada da ətrafımız var. Konsertdə Üzeyirin yanında gələn dostu ilə müştəri arasında kiçik anlaşılmazlıq olub. O da mahnı üstündə baş verib. Burada şişirdiləcək heç nə yoxdur. Bu demək olar ki, bütün el şənliklərində baş verir".

Sənətçi konsert təşkilatçılığında təcrübəli olduğunu dilə gətirib: "Bu günə kimi Könül Xasıyevanın, Nadir Qafarzadənin, Namiq Qaraçuxurlunun, Talıb Talenin və başqa həmkarlarımızın konsertini təşkil etmişəm. Üzeyirə qalanda isə konsert o qədər uğurlu keçdi ki, may ayına növbəti konsert edəcəyik. Üzeyir dindar insandır. İstəməzdim onun haqqında bu cür yalan xəbər yayılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə