Çindən etiraz: "ABŞ-ın yeni hərbi büdcəsini qəbul etmirik"

"Pekin Çinə təhdid kimi yanaşılan ABŞ-ın yeni müdafiə büdcəsi layihəsinə etiraz edir." Bu bəyanatı Çin Müdafiə Nazirliyi yayıb. Bəyanatda bunun Çin-ABŞ ikitərəfli münasibətlərinin sağlam inkişafına uyğun olmadığı bildirilib. Pekin ABŞ-ın Soyuq müharibə dövrünün düşüncəsindən əl çəkməli və Çin hərbi sənayesinə obyektiv baxmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ tərəfindən bundan öncə təqdim edilən 2020-ci il büdcə layihəsində Rusiya və Çinlə strateji rəqabətin prioritet olacağı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə