"Ramiz Əzizbəyli yeni filmdə rol alıb" VİDEO+FOTOLAR

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni çəkilən filmdə baş rollardan birini ifa edib. SİA-ya bu barədə mətbuata filminin rejissoru Ramil Adiloğlu məlumat verib.

O, bildirib ki, Ramiz Əzizbəyli səhhəti ilə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib: “Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləri ilə, həm də yüksək sənət nümayişi ilə hər bir sənətçiyə örnəkdir. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq”.

R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat Hacıqabul” filmi “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Filmdə digər baş rol ifaçısı isə aparıcı və aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Məlumat üçün bildirək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...