Elşad Xose: "Narkotikdən komada olmuşam"

Reper Elşad Xose Murad Arifin verilişində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı artıq pis vərdişlərdən uzaq olduğunu deyib: "İnsan necədirsə, elə də qəbul olunmalıdır. Narkotikin təsirinə düşmək üçün məsləhət görməyə çətinlik çəkirəm. Heç kim bundan sığortalanmayıb. Valideyn tərbiyəsinin də buna aidiyyatı yoxdur. Ən ziyalı, ən gözəl ailələr var ki, oğulları narkomandır. Yetərincə belə nümunələr var. Müəyyən məqamlarda rastına çıxan insanlarla, çevrə ilə bağlıdır.

Heç kim səni zorla narkoman etmir. Sənin özündən asılıdır. Ətrafında daha çox narkotik istifadə edənləri görəndən sonra özün qaşınırsan, dadına baxmaq istəyirsən. Pulun çoxluğu da insanı çaşdırır. Qorunmağın bir üsulu yoxdur. Bir neçə dəfə ölümün bir addımlığında olmuşam. Bir-iki sutkaya yaxın komada olmuşam. Özün bundan uzaq durmaq istəmirsənsə, xilas olmayacaqsan. Mən iyrəndim, ona görə özümə "stop" dedim".

Bütün xəbərlər Facebook səhifəmizdə