Talıbdan onu tənqid edən müğənnilərə: "İkiüzlülər" QALMAQAL-VİDEO

Müğənni Talıb Tale verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda sənət adamları arasında sorğu aparılıb. Onlara "Talıb Taleyə qulaq asırsınız?" sualı ünvanlanıb.

Əməkdar artist Baloğlan Əşrəfov: "Çox pul xərcləməlidirlər. Hər 15 gündən bir mahnı yazmalıdırlar ki, gündəmdə qalsınlar".

Əməkdar artist Ədalət Şükürov: "Oğul istəyirəm ki, İnstaqram olmayanda məşhur olardı".

Əməkdar artist Vasif Məhərrəmli: "Qətiyyən dinləmirəm. Nə sevirəm, nə izləyir, nə dinləyirəm. Eşidəndə isə söndürürəm. Bu cür oxuyanlar sosial şəbəkəyə borcludurlar. Getdiyim toylarda heç vaxt onları görmürəm".

Müğənni Elton Hüseynəliyev: "Əgər musiqiçisisənsə, səsin varsa zərər yoxdur. Əgər musiqiyə zərər gətirirsənsə, kənara çəkil".

Müğənni Səidə Sultan: "Onlar birədəfəlik musiqidir, ciddi deyil. Ona görə də bizim Azərbaycan milliliyimiz qalıb kənarda".

Müğənni Nadir Qafarzadə: "Youtube"da izlənilənlər qalsın orada".

Müğənni Mənzurə Musayeva: "Onlar pulla baxış sayını artırırlar".

T.Tale həmkarlarının bu sözlərinə sərt cavab verib: "Vasif Məhərrəmli ilə dəfələrlə toylarda olmuşam. Onların belə deməsindən, güc alıram. Özümü onların danışdıqları sırasına aid etmirəm. Əvvəl ola bilər şəraitsizlikdir, yaxşı mahnılar oxumurdum. Mən Heydər Əliyev Sarayında konsert vermişəm. Çox müğənnilər danışır haqqımda, qulağıma çatır. Amma üzümə tərifləyirlər. Onların belə deməsinin bir adı var, paxıllıq. Adama təsir edir. Onlar ikiüzlüdürlər. Mənlə üz-üzə gələndə tərifləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə