Afət: "Şəklinizi vannada görəndən sonra..." FOTO+VİDEO

Müğənni Afət Fərmanqızı onu verilişlərin birində tənqid edən xalq artisti Flora Kərimovaya cavabı gecikməyib. SİA-nın məlumatına görə, Afət Kərimovanın “Qaynana” filmi üçün çəkilən vannadakı fotosunu "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: “Bu xanım Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Amma duet oxuyan vaxtı Faiq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.

Qeyd edək ki, Flora Kərimova proqramların birində Fərmanqızına bu sözləri demişdi: “O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.

Bütün xəbərlər Facebook səhifəmizdə