Ayandan Nadirlə Hüseynə sərt cavab

Müğənni Ayan Babakişiyeva verilişlərin birində həmkarı Nadir Qafarzadə və musiqiçi Hüseyn Məhəmmədoğlunun xanım ifaçılar haqda dediyi təhqirlərə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Azərbaycanda ancaq toy bazarıdır. Konsertdən, klipdən pul qazanmaq yoxdur. Hər zaman da toydan burmaq ənənəsi olub. Hətta bir dəfə Manaf Ağayev zəng edib dedi ki, elə qiymət deyirsən səni burmaq istəyirəm.

Hüseynin iki qızı, Nadirin oğlu var. Heç kim bilmir övladı sabah nə olacaq, hansı yolla gedəcək. Müğənninin həyatı açıq ortadadır. Elə müğənni almaq lazımdır ki, gizli-saxlı nəyisə qalmır. Heç kim heç kimin özəlinə toxunmaq olmaz. Namus mini ətəkdə deyil, beyindədir.

Nadir əsəbi olur yazır və sonra silir. Ürəyitəmiz insandır, hislərinə qapılır. Pis yol nəyə deyirlər? Müğənni kimlə görüşür yaxşı edir, əcəb edir.

O vaxtlar mənim adıma ləkələr yaxan İlhamə Quliyeva idi. Adımı çəkmirdi, nələr deyirdi. Axırda qayıtdım ki, məndən nə istəyirsiz? Onun kimi insan bir vaxtlar mənə nələrsə deyibsə, indi başqalarının deməsi "vız" gələr".

Qeyd edək ki, N.Qafarzadə açıqlamasında xanım müğənnilərin ünvanına "Müğənni qızı evimə necə gətirim? Qısa yubka, harasına kimi yarığı olan qızı evimə necə gətirim? Bunu bütün kişilər gördü da, oğluma nə qaldı? Onlara day-dayları kömək olur. Gedib kabinetdə oturacaq, kömək alacaq. "Kabinet ulduzu" olublar. Mənim arvadım da xanım, o da? Qadındırlar, xanım yox. Bioloji qadın doğulur, fahişəyə də xanım deyirlər. Mənim anam da xanım, o da. Xanım sözünü qarışdırmayın, əsl xanımları təhqir edirsiniz" sözlərini demişdi.

Hüseyn Məhəmmədoğlu isə "Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, sən özün nə gündəsən? Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü. Biz səni elə helə qəbul edəcəyik.

Ailəsi bərbat olan bir insan adamlara ailədən dərs keçir. Sən get birinci öz ailəni düzəlt, sonra insanlara dərs keç. Bu, daha gözəl olar" sözlərini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə