"Həsənağa Turabov mənimlə evlənmək istəyirdi" VİDEO

Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla bağlı hər kəsi şoka salacaq etiraf edib. SİA-nın məlumatına görə, müğənni verilişlərin birində bildirib ki, aktyor onunla evlənmək istəyib: "Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Onun mənə qarşı hisləri var idi. Mənlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi.

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər.

Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu haqda danışanda cavablandırmadım. Çünki bu söhbətlər mənim oğlum və qızım, onun isə xanımının xoşuna gəlməyə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə