Məşhurlardan Damlaya dəstək FOTOLAR

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə müğənni Damla (Məsumə Əliyeva) olduğu iddia edilən qadının intim görüntüləri yayılıb. SİA-nın məlumatına görə, bu xəbərə ifaçının həmkarları biganə qalmayıblar. Damlaya dəstək olub.

Məşhurların fikirlərini təqdim edirik:

Müğənni Natavan Həbibi: "Bu şər-böhtan mütləq öz cavabını alacaq. Bu videonu yaymaq qadına, anaya olunan şərəfsizliyin pik nöqtəsidir. Allah görür”.

Müğənni Xatun Əliyeva: "Bar verən ağaca daş atan çox olar. Bir xanımın üstünə bu qədər getmək olmaz. Reytinq xətrinə insanlıqdan çıxmayın, ayıbdır. Damla susduqca vurmağa, əzməyə çalışdınız. Həmin ifaçının heç kimdə işi yoxdur. Başını aşağı salıb işini görür. Tənqid və təhqir edənləri də öz mədəniyyəti ilə cavab verir. Necə də sevilir. Bu artıq Allahın ona verdiyi şansdır. Paxıllıq hissiniz nə qədər gözünüzü kor edibsə, etdiyiniz pisliyin həddindən xəbəriniz yoxdur. Baltanı dibdən vurmazlar. Damlaya şər atan hələ bilmir ki, onu nə bəlalar gözləyir. Ağlı, şüuru olan hər kəs bu iyrənc xəbərin Damla ilə əlaqəsi olmadığını anlayar. O, bir oğul anasıdır. Vətənə xeyirli oğul böyüdür. Bu videonu kim yayıbsa, Allah onun cəzasını versin".

Müğənnilər Sevil və Sevinc Səfərova: "Sənin ailənə toxunanların, bir oğul balanı incidənlərin Allah bəlasını versin. Sağ salamat övladını böyüdəsən".

Müğənni Afət Fərmanqızı: "Müğənni Damla haqda sosial şəbəkədə yayılan kadrlara mən də biganə qala bilmədim. Əminəm ki, videodakı qız Damla xanım deyil. Məni tanıyanlar bilir ki, yalan danışıb, yaltaqlıq etmək mənlik deyil. Həmin ifaçıdan da heç bir asılılığım yoxdur. Sadəcə, bu qədər şərəfsizlik olmaz. Bir qadına bu qədər şər-böhtan atmaq olmaz. Yalan video yayanların və bu xəbərə sevinənlərin Allah cəzasını versin".

Klarnet ifaçısı Hüseyn Məmmədoğlu: "İnsan olaraq heç düşündünüzmü ki, Damlanın övladı var. Ona nə böyüklükdə zərbə vurursunuz. Axı o, anadır. Belə şərəfsizlik olmaz. Mən Damlanı artıq 10 ildir tanıyıram. Ona qarşı bu cür hərəkət edənlərə ayıb olsun. Mən bir musiqiçi kimi yox, insan olaraq həmin xanıma dəstəyəm".

Aparıcı Vüsalə Əlizadə: "Bu videonu gördüyüm andan özümə gələ bilmirəm. Hisslərimi cilovlamağa çalışıram, amma olmur. Deyək ki, Damla nə müğənni, nə də heç məşhur xanım deyil. Amma kiminsə övladı, bacısı, qızı və ən əsası Azərbaycanın gələcək əsgərinin anasıdır. Ay binamus, bu yalan xəbəri yaydın. Bəs indi rahat yata bilirsənmi? İçindəki bədbəxtlik hissi səni niyə öldürmür? Allahdan heçmi qorxun yoxdur? Həmin ifaçının oğul balası məktəbə gedir. Həmyaşıdları, dostları arasında olur. Bu gün Damla susdu, bəs Allah?Onu da deyim ki, Damla ilə çox yaxın münasibətim yoxdur. Həmin xanımı toylarda və tədbirlərdə görürəm. Amma Damlaya çox böyük hörmətim var. Kaş ki, müğənniciklərin əksəriyyəti ondan tərbiyə öyrənə bilərdi. Damla, sən möhkəm qadınsan. Əzizim, sadəcə Allaha sığın. Bir bacı kimi hər zaman yanındayam".

Bütün xəbərlər Facebook səhifəmizdə