Yıldız Tilbe: “Donuz yemiriksə, niyə donuz qripi oluruq?”

“Donuz yemiriksə, niyə donuz qripi oluruq?” SİA-nın məlumatına görə, bu sözləri türkiyəli müğənni Yıldız Tilbe "Tvitter" hesabında yazıb.

Sənətçi Səhiyyə Nazirliyinə müraciət edərək, insanlara pulsuz dərmanların verilməsini tələb edib: “Bu virusdan qurtulmaq, sağlam olmaq istəyirik. Millət olaraq xəstəyiq, biz yazıq deyilik? Xəstəlikdən yorğun düşdüm. Səhiyyə Nazirliyi bizə niyə pulsuz dərman vermir? Xahiş edirəm, Allah xətrinə bunu etsinlər”.

Qeyd edək ki, ifaçı xəstə olduğu üçün konsertini təxirə salmaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə