Xəyyam: "Röya ilə bir-birimizə ehtiyacımız var" VİDEO

Əməkdar artist Röya Ayxan və müğənni Xəyyam Nisanov barışdıqdan sonra ilk dəfə bir araya gəliblər. SİA-nın məlumatına görə, Xəyyam məclislərin birində səhnəni Röya ilə bölüşüb.

İfaçı birlikdə çəkilən videolarını "İnstagram" səhifəsində paylaşıb. O, görüntülərə bu sözləri yazıb: "Qısa bir zamandan sonra qovuşduq. Çünki bizim bir-birimizə ehtiyacımız var. 30 il birlikdəyik".

Qeyd edək ki, Xəyyamla Röya uzun müddət küsülü qalıblar. Hətta Xəyyamın Röyanı Rusiya toylarından çıxardığı da deyilmişdi. Röya həmkarının klipini "İnstagram"ında yayımlayaraq, ona barışıq addımı atmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə