Fahriye Evcen 30 qadın arasından gözəl seçildi

Ərəb maqazin saytlarından biri yüz minlərcə insan arasında sorğu keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, keçirilən sorğuda dünyanın ən gözəl 30 qadını seçilib. Həmin gözəllər içində yeddi aylıq hamilə olan Fahriye Evcenın adı da olub. O, 9-cu sırada yer alıb.

Sorğuda iştirak edənlər aktrisanın təbii gözəl olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə