Aysel: "Üzüyüm əlimdə qalıb" VİDEO

Nişanlı olan müğənni Elnar Xəlilovla şairə Aysel Nəcəfli ayrılıb. SİA-nın məlumatına görə, ifaçı verilişlərin birində Aysellə ayrılmasına səbəb nişanlısının anası haqda xoşagəlməz sözlər dediyi üçün bu addımı atdığını bildirib.

Sənətçinin bu sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Hətta A.Nəcəflinin bu hərəkəti bəziləri tərəfindən qınanılıb.

Qarşı tərəf onu tənqid edənlərə elə sosial şəbəkədə cavab verib: "İstədim bu haqda danışmayım. Amma bəzi qəlbi çirkli insanlardan rahat oturmaq olmur. Bəsdirin, yalan məlumat yaydınız. Elnar bəylə mənim aramda heç vaxt ana mövzusu olmayıb. Onun anası haqda danışdığı proqram hələ biz ayrılmamışdan əvvəl çəkilib. Bir çoxları sosial şəbəkələrdə yazır ki, üzüyüm əlimdə qalıb. Belələrinə cavab vermək istəyirəm ki, necə üzüyüm əlimdə qalmışdı ki, martın 8-də toyumuz olacaqdı. Elnar bəy də başqa ifadə səsləndirmək istəyib. Sadəcə siz yalnış anlamısınız. Xüsusi ilə qeyd edim ki, Xəlilov mənə anasından danışanda heç vaxt valideynini pisləməmişəm. Sadəcə bəzi televiziya kanalları, saytlar ayrılığımızdan istifadə edib reytinq yığmağa çalışır.

Bu gün E.Xəlilov proqramların birində qonaq oldu. Veriliş zamanı aparıcı ona sual verir ki, "Aysel xanım imkanlıdır. Onu puluna görə almısınız? Elnar, ad gününüzdə hər şeyi də o təşkil etmişdi. Sizə nə qədər pul xərcləyib?" Həmin aparıcıya demək istəyirəm ki, hansı ara bu qədər çirkinləşmisiz? Ailə müqəddəsdir. Bu duyğulara toxunmaq olmaz! Nişanlı olduğumuz vaxt Elnar bəy mənə, mən də ona dəstək olmuşam. Çünki əl-ələ verib həyat yolunu addımlayacağdıq. Onu da deyim ki, mən eybəcər, hörmətsizəm ki, qarşı tərəf məni nəyəsə görə alsın?! Elnar bəy də nə narkoman, nə də "dırnaq" kişilərdən deyil. Bir az tərbiyəli olun. Hamı kimi özümə görə imkanım var. Əziyyət çəkib qazanıram. Ailəm də hər zaman mənə dəstəkdir. Onu da deyim ki, Elnar Xəlilovdan qəlbim sınıb".

Qeyd edək ki, Elnar Xəlilov bu gün qonaq olduğu proqramda nişanlısı haqda danışaraq göz yaşı töküb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə