Furkan Palalı özünü Can Yamana oxşatdı FOTO

Aktyor Furkan Palalı sosial şəbəkədə yeni fotosunu paylaşıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor şəkildə əzələlərini nümayiş etdirib. Onun fotoda saçlarını uzatması da diqqətlərdən qaçmayıb.

Furkanın bu şəkli izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə isifadəçiləri Palalının özünü həmkarı Can Yamana bənzətdiyini yazıblar.

Verilişlərin birində qonaq olan Furkan Palalı haqqında deyilənlərə cavab verib: "Hər kəs özü üçün işləyib, idman edir. Mən 8-9 ildir peşəkar idmanla məşğul oluram. Bundan başqa deyiləsi heç bir sözüm yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə