Məşhurlar Çılgın Sedatın xəstə oğlu üçün əşyalarını satdılar

Çılgın Sedat kimi tanınan müğənni Sedat Kapurtu xəstə oğlu Siraç üçün xeyriyyə tədbiri təşkil edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçılar Demet Akalın, Seda Sayan, İbrahim Tatlıses onun övladına dəstək olmaq məqsədi ilə özlərinə aid olan əşyaları həmin xeyriyyə tədbirinə göndəriblər.

Çılgın Sedat tədbir haqqında fikirlərini bildirib: "Oğlum üçün çox gözəl gecə təşkil olundu. Seda Sayan səhnədə ən son geyindiyi libası, İbrahim Tatlıses aktyor Yılmaz Güneyin ona bağışladığı şərfi, Demet Akalın hansısa bir əşyasını satışa çıxardı. Malatya İdman Klubu Başçısı Adil Gevrek də futbolçularının adından 60 min TL xeyriyə tədbirinə bağışladı. Oğluma dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, ifaçı proqramların birində bildirib ki, oğlu Siraçın müalicəsi hələ uzun zaman çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə