Nüşabə: "Afətə görə səviyyəmi aşağı sala bilmərəm" VİDEO

Əməkdar artist Nüşabə Ələsgərli bir müddət öncə müğənni Afət Fərmanqızı ilə yaşadığı qalmaqalla bağlı açıqlama verib. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan Nüşabə qarşı tərəflə qalmaqal yaşadığına görə qınanıldığını deyib: "Mən o səviyyənin adamı deyiləm. Çevrəm mənə deyir ki, ayıbdır, öz səviyyəni aşağı salma. Eybi yoxdur, bu, məni yandırırsa, yanaram, gedib su da içərəm. Ancaq daha imkan verməyəcəm ki, kimsə adımdan istifadə etsin”.

Qeyd edək ki, tədbirlərin birində Afətlə görüşən Nüşabə onun günlərdir müzakirə obyektinə çevrilən "Pencu şeş" mahnısının sözlərini dəyişməsini məsləhət görüb.

Ələsgərlinin bu sözləri Afəti özündən çıxarıb: "Siz kimsiniz ki, mənə nəyisə qadağa qoyasınız? Paxıllığınızdan bilmirsiz nə edəsiniz. Gedin işinizlə məşğul olun. Məni sosial şəbəkədə təhqir edənlər bilirdim ki, sənət yoldaşlarım tərəfindən yazdırılır. Bu gün də şahidi oldum. Məni əməkdar artist Elnarə Abdullayeva dəstəkləyir. Xalq artisti Zeynəb Xanlarovadan başqasının sözü mənə önəmli deyil".

N.Ələsgərli isə A.Fərmanqızına "İstəyirsən get dombalaq aş. Mənim nəyimə lazım" sözlərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə