“Fella Fashion Show” moda festivalı keçirilib FOTOLAR

Aktau şəhərində Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərin “Fella Fashion Show” moda festivalı keçirilib. SİA-nın məlumatına görə, Aktau şəhər hakimiyyətinin dəstəyi ilə təşkil olunan festivalda Qazaxıstan modelyer dizaynerləri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Türkmənistan modelyerlərinin geyimləri də nümayiş etdirilib.

Azərbaycanı bu festivalda gənc modelyer Zümrüd Mirzəliyeva təmsil edib. Onun yeni yaz kolleksiyasından olan geyimləri tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə