İynədən şoka düşən Naibə Allahverdiyevadan xəbər var

Xəbər verdiyimiz kimi, xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, aktrisa ona vurulan iynədən şoka düşüb. Təcili yardımla xəstəxanaya çatdırılan Allahverdiyeva hazırda səhhətinin yaxşı olduğunu bildirib: "Dırnaqarası savadlı, peşəkar həkim sayəsində həyatım təhlükə altına atıldı. Digər xəstəxananın peşəkarları sayəsində xilas oldum. Amma keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır. Allah belə həkimlərdən uzaq etsin".

Qeyd edək ki, Naibə ona vaxtıkeçmiş iynə vurulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə