Verilişdə Elarizi ələ saldılar: "Dazına dərman yaxın" VİDEO

Verilişlərin birində müğənni Nadir Qafarzadə parodiya edilib. SİA-nın məlumatına görə, proqram zamanı parodiyaçı Elnur Mahmudov Qafarzadənin “Maral” mahnısının sözlərini dəyişərək ifa edib.

O, oxuyarkən arxa fonda müğənni Elariz Məmmədoğlunun fotosu yayımlanıb və Elnurun dəyişdirdiyi mahnının sözləri animasiya şəklində öz əksini tapıb.

Mahnının sözlərində “Əlinə xına yaxın, başına parik taxın. Bunun keçəlinə baxın. Dazına dərman yaxın. Bir də maral buraxın, qoy otlasın” kimi ifadələr yer alıb.

E.Məmmədoğluya aid oxunan sözlər sosial şəbəkədə böyük səs-küyə səbəb olub. İzləyicilər bunun parodiya olmadığını, Elarizin alçaldıldığını və təhqir edildiyini yazıblar.

Həmin videonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə