Meyxanaçı Afət Fərmanqızını ələ saldı VİDEO

Meyxanaçı Ələkbər Yasamallı müğənni Afət Fərmanqızını ələ salıb. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan meyxanaçı Afətin Nəsiminin "sığmazam" qəzəlinə mahnı oxumasına etirazını bildirib: "Nəsiminin dərisini soydular nəsə verən olmadı. Afət oxudu 240 minlik maşın verdilər. O maşının salonu da Nəsiminin dərisindəndir".

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə Fərmanqızını müdafiə etməyə çalışıb: "Afətə maşın almayıblar. Gedib avtomobilə baxıb, pulu çatmayıb almağa. Dostu onun çatmayan məbləğini ödəyib. Heç bir qeyrətli Azərbaycan oğlu, xanımı bu mahnıya görə maşın verməz".

Afət isə bu haqda sosial şəbəkədə paylaşım edib: "Əzizim Tolik, maşının çatmayan pulunu mahnıya görə mənə veriblər. Şabaş kimi... Pulu düşmənlərimin acığına verdilər. Yeni avtomobilim hamını gic edib".

Bütün xəbərlər Facebook səhifəmizdə