Emma Ələkbərzadə: "Oğlum mənim üçün ən bahalı hədiyyədir"

Müğənni Emma Ələkbərzadə Sevgililər günü ilə bağlı fikirlərini dilə gətirib. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, bu günü yalnız oğlu ilə qeyd edir: "Sevgililər günü... Bilirsiz, bu gün mənim dünyada bir "Valentinim" var: o da oğlum Daviddir. Bütün bayramlarımın bir hədiyyəsi var. Mənim Davidim. Bu hədiyyə hərdən əsəbimi korlayır və cavabını alır.

Yatmazdan əvvəl bir milyon dəfə sevgisini etiraf edir. Çünki yatmaq vaxtı olduğu deyilir. Bu hədiyyəyə görə evim içinə bomba qoyulmuş kimi havada uçur. O mənim Allah tərəfindən verilən ən böyük hədiyyəmdir.

Ətirlər, bahalı əşyalar gəldi-gedərdir. Amma bu dəyəri olmayan ən bahalı hədiyyədir".

Bütün xəbərlər Facebook səhifəmizdə