Tolik: "Sevda, qeyri-səmimi insansan" QALMAQAL

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda müğənni Sevda Sanaliyevanı tənqid edib. SİA-nın məlumatına görə, Tolik ifaçının qeyri-səmimi olduğunu bildirib: “İncimə, Sevda, qeyri-səmimi insansan. Sevdadan soruşsam ki, Nəsiminin qəzəlini bilirsən, bilməyəcək. Zəng etdim ki, sənə çox ağır ittihamlar irəli sürdülər, çıx, cavab ver. Dedi ki, yox, sənətimlə gündəmə gəlmək istəyirəm. Hansı sənətdən söhbət gedir? Mən 2 saatlıq verilişdə Sevdanın hansı sənətindən danışım? Yoldaşından ayrılırdı. Özü bunu mediaya sızdırdı. Sonra barışdı, yazdı ki, biz sarsılmaz ailəyik, bizi heç kim ayıra bilməz. Onsuz da sizi heç kim ayırmır. Niyə bunu edirlər?".

Bütün xəbərlər Facebook səhifəmizdə