Aktyor Özgür Aydın həbs edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor Kadıköydə taksiyə minib və gedəcəyi ünvana çatmadan avtomobildən enib.

İkili arasında yaranan gərginlikdən sonra Ö.Aydın dostları ilə birgə sürücünün telefonunu alıb və onu döyüb.

Ardınca sürücü kömək üçün dostuna zəng edib. Lakin aktyorun yaxınları sürücünün dostunu da bıçaqla yaralayıb.

Taksinin sürücüsü aktyor və dostlarını polisə şikayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...