Günay biznesmen sevgilisindən ayrıldığına görə göz yaşı tökdü VİDEO

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva şəxsi həyatından bəhs edib. SİA-nın məlumatına görə, model verilişdə sevgilisi, iş adamı Taha Tatlıcandan ayrıldığını deyib: "8 aydır bərabər idik, yaxın günlərdə ayrılmışıq. 30 yaşımdan sonra ilk dəfə aşiq oldum. Çox gözəl bir eşq yaşadım. Çox gözəl hisslər idi. Həmişə düşünürdüm ki, övladım böyüyəndə məndən sevgi barədə soruşanda nə deyəcəm? Şükür ki, övladıma danışacağım gözəl bir hekayəm var. Paylaşdığım fotolar xoşbəxt anların xatirələri idi. Bir az uzaq qaldıq, çox çətindir”.

Qeyd edək ki, aktyor Tolqa Karellə evli olub. Onun bu evlilikdən Cihangir adlı oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə