"Maşın" şousunda qalmaqal yaşayan meyxanaçı Oqtay Kamillə aparıcı-aktyor Sərxan Kərəmoğlu barışıb. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan meyxanaçı Sərxanla bir müddət əvvəl telefonla danışdıqlarını bildirib.

Digər barışıq addımı isə Kərəmoğludan gəlib. O, proqrama video göndərərək aralarındakı buzları əritməyə çalışıb: "Dalaşan dalaşana can demir. Amma dərinə getməyim. Gərək olmayaydı, olan oyunda qaldı. Çəkişməsən bərkiməzsən... Ümid edirəm ki, hər şey yaxşı olacaq. Kinim yoxdur".

Qeyd edək ki, Sərxan Oqtayı "Maşın" şoudan uzaqlaşdırdığıan görə meyxanaçı ona sərt sözlər demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə