Nüşabə-Afət qalmaqalı böyüyür FOTO+VİDEO

Xəbər verdyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, onların qalmaqalı daha da böyüyüb.

Afət tədbirdəki davadan sonra "İnstagram" səhifəsində Nüşabənin Maykl Ceksonun mahnısını oxuyub rəqs edən videosunu yayaraq sərt sözlər yazıb: "Mənə deyirsən get dombalaq aş, səninki də buna bənzəyən bir şeydir. Mən hind oxudum, bəyənmədin. Sən də Hollivud oxudun, Amerika mədəniyyətinə zərbə vurdun, mən sənin işinə qarışmadım. Qiyməti xalq versin. Bax bu nə hərəkət idi anlamadım. Səviyyə budur? Şpaqatfason hərəkət deyəndə bunu nəzərdə tuturdum".

Afət daha sonra Nüşabənin evsiz olduğunu, kirəyədə yaşadığını qeyd edib.

N.Ələsgərlinin də cavabı qarşı tərəfə gecikməyib. İfaçı Fərmanqızını məhkəməyə verməklə hədələsə də, sonra fikrindən daşınıb: "Savad və səviyyə başqadır. Həmin Nüşabəyəm ki, tədbirdə sonra məndən üzr istədin. Dəliyə iş düşmür deyə, məhkəməyə vermədim. Faktları isə gözləyirəm. Kirayədə qalırammış.

O, mənim Amerika layihəmdən olan videodur, gizlətmirəm, "Youtube"da da var. Füzuli qəzəli oxunmayıb, "Tərəkəmə" də oynanmayıb. Ona deyilən sözlər itə deyilsəydi, qudurardı".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...